“Mən deyirəm içmişəm...” - Sərxoş sürücü ilə polisin dialoqu + Video

men-deyirem-icmisem
Oxunma sayı: 936

Paytaxtda sərxoş sürücü ilə yol polisi arasında mübahisə yaranıb.
 
“Qafqazinfo” “Baku.ws”ə istinadən  xəbər verir ki, içkili halda avtomobil sürən sürücü qəzaya səbəb olub. Lakin o, təkid edərək müayinə keçməkdən imtina edib və polisə sərxoş olmadığını bildirib. Hadisə paytaxtın Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib. Sürücü baş verən hadisəyə təəsüflənmək əvəzində itən telefonu üçün mübahisə edib.
 
Belə ki, sərxoş vəziyyətdə olan 51 yaşlı Telman Hüseynovun idarə etdiyi BMW markalı avtomobil başqa bir maşına çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.