Mənsimov açılışda stəkan davasına çıxdı - Yenilənib

mensimov-acilisda-stekan-davasina-cixdi
Oxunma sayı: 2124

Bir neçə gün öncə Türkiyədə “İstinye Park”da fransız restoranının açılışı zamanı dava düşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hurriyet yazır. Məlumata görə, açılış mərasiminə qatılanlar arasında aktrisa Nur Fettahoğlu ve əri Levent Veziroğlu da olub. Bundan başqa, açılışda məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimov da iştirak edib. 

Əyləncəylə başlayan gecə xoşagəlməz şəkildə bitib. Qəzet yazır ki, Veziroğlu ilə Mənsimov arasında səbəbi bilinməyən gərginlik yaşanıb. Getdikcə mübahisə böyüyüb və qonaqların bir-birinə stəkan atmağı ilə sonlanıb. Qeyd edilir ki, davanı sakitləşdirmək üçün hətta araya digər qonaqlar giriblər. Bundan sonra hər iki məşhur mərasimi tərk edib.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə əslində Mübariz Mənsimovun mübahisəsi iş adamı Levent Kızılayla düşüb. Belə ki, azərbaycanlı biznesmen “Uludağ Limonata” şirkətinin rəhbəri olan Kızılayın Ermənistanla ticarət əlaqələri qurduğunu öyrənib. Mənsimov buna etiraz edib və tərəflər arasında səs-küylü dava başlayıb.  

Mübariz Mənsimov isə xəbərdə adı keçən Levent Veziroğlunun yaxın dostudur. 

Məlumat üçün bildirək ki, Hürriyet ötən gün bununla bağlı yaydığı xəbəri silib.