Mənzildəki partlayışda yaralananların adları açıqlandı

menzildeki-partlayisda-yaralananlarin-adlari-aciqlandi
Oxunma sayı: 1444

Dünən Şəmkir rayonunda evdə baş vermiş partlayışda xəsarət alanların kimliyi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Çaparlı kənd sakini Mərdanov Murad Zakir oğluna məxsus evdə qaz sızması ilə bağlı baş vermiş partlayış nəticəsində onun ailə üzvləri müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanaya çatdırılan 1985-ci il təvəllüdlü Mərdanova Bəsti Zakir qızı, 2001-ci il təvəllüdlü Mərdanova Azadə Ceyhun qızı və 2023-cü il təvəllüdlü Mərdanov Rahil Murad oğluna müxtəlifdərəcəli termiki bədən xəsarətləri diaqnozu qoyulub.

Hazırda onların müalicəsi davam etdirilir.