Merkeli kim əvəzləyəcək?

Merkeli kim əvəzləyəcək?
Oxunma sayı: 2160

Yaxın həftəsonlarında Almaniyanın Xristian Demokrat İttifaqında (XDİ) partiyadaxili seçkilər keçiriləcək.

“Qafqazinfo” “Rosbalt”a istinadən xəbər verir ki, seçkilərdə Angela Merkeli partiyanın rəhbəri postunda kimin əvəz edəcəyi və Almaniyanın Federal Kansleri vəzifəsinə kimin namizəd olacağı qərara alınacaq.

Almaniya KİV-in məlumatına görə, liderliyə Fridrix Merts və Armin Lanşet iddia edirlər. “Bild” yazır ki, sonuncu özünü Merkelin siyasi kursunun davamçısı kimi göstərir. Merts partiyanı daha mühafizəkar köklərinə qaytarmağı vəd edir.

Üçüncü iddiaçı Xristian Demokratlar Partiyasının üzvü, Bundestaqın Xarici Siyasət Komitəsinin sədri Norbert Rettgendir. KİV alman ekspertlərə istinadən qeyd edir ki, adıçəkilən namizədlər arasında aşkar favorit yoxdur.

Merkel XDİ-yə 20 ildən artıqdır ki, rəhbərlik edir, Kansler postunu isə 15 ildir tutur.