Mərkəzi Bankın valyuta ehtiyatları 20% artıb

merkezi-bankin-valyuta-ehtiyatlari-20-artib
Oxunma sayı: 1207

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı faiz dəhlizinin parametrlərində öz əksini tapıb.

Bildirilib ki, tədiyə balansının cari əməliyyatlar hesabında irihəcmli profisitlə əlaqədar (9 ayda 6.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 12.5%-i) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyib. Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub 1.4 mlrd. ABŞ dolları təşkil edib.

Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20.3% artaraq 10.8 mlrd. ABŞ dollarını keçib.