Məşhur filmdən tanıdığımız Donald Tramp... - Video

meshur-filmden-tanidigimiz-donald-tramp
Oxunma sayı: 8775

Məlum olduğu kimi, ABŞ-ın yeni prezidenti Donald Tramp oldu. Siyasi fəaliyyətindəki sıçrayışı ilə çoxunu şoka salan milyarder eyni zamanda təəccübləndirən əməlləri, müzakirələrə yol açan ifadələri ilə də həmişə gündəmdə olub.

Qafqazinfo” Ağ Evin yeni sahibinin ən yaddaqalan davranışlarını təqdim edir:

- 2011-ci ildə Tramp jurnalistləri özünün 100 milyonluq “Boing”inə buraxıb. Təyyarədə yataq, vanna otağı, hətta unitaz belə 24 karatlıq qızılla örtülüb.

- 2012-ci ildə Tramp şahzadə Keyd Middltona görə özünü pis vəziyyətdə qoyub. Belə ki, yeni prezident Middltonu günəş vannası qəbul edən zaman çılpaq olmaqda günahlandırıb: “Əgər onun şəkilləri yayılıbsa, mütləq özü-özünü günahlandırmalıdır. O, çılpaq soyunub qaralmaq istəyirsə, kim bu kadrları qaçırmaq istəyər?!”

Amma Tramp əsas məsələni unudub ki, Middlton həmin vaxt şəxsi həyətində olub, ictimai yerdə yox...

- Tramp şou-biznesi sevir, elə şou-biznes də onu. Amerikalılar milyarderi “Namizəd” teleproqramından yaxşı tanıyırlar. Amma bütün dünya “pullu prezident”i daha çox epizodik rollardan tanıyır- “Məşhurlar”, “Evdə tək”, “Böyük şəhərdə seks” və digər filmlərdə...

- Yeni ABŞ lideri həm də qadın gözəlliyini dəyərləndirməyi bacarır: “Qadınlar özləri mənim üçün mübarizə aparırlar”. Amma istisnalar həmişə var. Belə ki, dünya şöhrətli Salma Hayek Donalda “yox” deyib, amma Tramp bunu “həzm” edə bilməyərək, aktrisanın ondan əl çəkmədiyi haqda yalan məlumatlar yayıb.

- O, hərdən qeyri-etik ifadələr də işlədir. Rəqibi Hillari Klinton haqda yazdığı kimi: “Hillari öz həyat yoldaşını razı sala bilmirsə, onu nə məcbur edir ki, Amerikanı razı sala biləcəyini düşünsün?”

Donald Tramp ötən il mətbuat konfransına gəlmiş jurnalistlərdən birini sadə və sadəcə qovub. Zaldan çıxarılan Univision telekanalının müxbiri olub. Hərəkətinə açıqlama verən Tramp jurnalistin səsinin ona maneə yaratdığını, düşünə bilmədiyini bildirib.