Keçmiş komanda yoldaşı Messinin baş məşqçisi oldu

kecmis-komanda-yoldasi-messinin-bas-mesqcisi-oldu
Oxunma sayı: 1782

“İnter Mayami”nin yeni baş məşqçisi rəsmən bəlli olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mayami klubunun mətbuat xidməti məlumat yayıb. 

Komandanı Argentina U-20 millisinin sabiq baş məşqçisi Xavyer Maskerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Xavyer Maskerano “İnter Mayami”nin kapitanı Lionel Messi ilə Argentina millisində və “Barselona”da komanda yoldaşı olublar.