Metro qatarında problem yarandı

metro-qatarinda-problem-yarandi
Oxunma sayı: 7670

Səhər saatlarında Bakı metrosunda 13 saylı marşrut xətti üzrə hərəkət edən qatar nasazlıq səbəbindən depoya göndərilib. 

“Qafqazinfo” xəbər verir ki, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, onun yerinə xəttə başqa qatar buraxılıb və qatarlararası interval artıb: “Həmçinin, pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.

N. Paşayev bildirib ki, artıq interval tam bərpa olunub, qatarların hərəkətində heç bir problem yoxdur.