Metroda intihar edən gənc müğənni olub - Video

metroda-intihar-eden-genc-mugenni-olub
Oxunma sayı: 11521

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında metroda intihar hadisəsi baş verib. Belə ki, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu qatar “Ulduz” stansiyasına daxil olarkən gənc oğlan özünü qatarın altına atıb.

“Qafqazinfo” xəbər verir ki, hələ ki, intiharının səbəbi bilinməyən gənc hər zaman sosial aktivliyi ilə seçilib. Bir neçə xarici dil bilən Rəşad "Glamour Center MMC" tur şirkətinin direktorudur. O, hətta bir neçə gün öncə Qəbələyə tur təşkil edib. 

Sosial şəbəkələrdə də aktiv olan gənc yeni ildə pozitiv paylaşımlar edib və “həyat gözəldir” deyə çağırış edib.

Bundan başqa, bir çox dövlət tədbirlərində, toylarda ifa edən Mustafayev həm də müğənni kimi fəaliyyət göstərib. Bu yaxınlarda isə skripka dərsləri almağa başlamışdı.

Günel Hacı