Metronun ətrafını su basdı - “Azərsu”dan açıqlama+Fotolar

metronun-etrafini-su-basdi
Oxunma sayı: 5689

Bu gün Bakının Yasamal rayonu Nizami metrosunun yanında yerləşən kanalizasiya quyusunun sıradan çıxması bir sıra problemlərin yaranmasına gətirib çıxarıb.

"Qafqazinfo" SalamNews-a istinadən xəbər verir ki, saatlarla axan su bütün ətrafa yayılaraq gediş-gəlişi çətinləşdirib.

Qeyd edək ki, bir neçə gün öncə də həmin kanalizasiyanın partlaması nəticəsində ətrafa xeyli çirkli su yayılmışdı.

***

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Nizami metrosu yaxınlığında kanalizasiya xəttinin partlamasına münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb. A. Cəbrayıllı bildirib ki, Nizami metrosunun yaxınlığında zədələnən kanalizasiya xətti deyil, metroda toplanan qrunt sularını kənarlaşdırmaq üçün çəkilmiş 200 mm-lik qrunt suları xəttidir: “B.Məcidov küçəsində aparılan yenidənqurma işləri zamanı xətdə qəza baş verib. Yasamal Sukanal İdarəsi tərəfindən qəza aradan qaldırılıb. Qəza nəticəsində ətrafa axan sular qrunt suları olub”.