Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi

mikayil-cabbarov-31-yasli-genci-prorektor-teyin-etdi
Oxunma sayı: 1587

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib. 

Qeyd edək ki,  31 yaşlı prorektor “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" xətti ilə Böyük Britaniyanın Kardif universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur. 

O, bakalavriat təhsilini Qafqaz Universitetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib. 

Günel Türksoy