Mikayıl Müşfiqə yeni abidə qoyuldu - Fotolar

mikayil-musfiqe-yeni-abide-qoyuldu
Oxunma sayı: 5290

Mikayıl Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsinin aşırılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, abidənin ekskavatorla aşırdılması birmənalı qarşılanmayıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov bildirib ki,  M.Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsi və ətrafı yararsız vəziyyətdə idi:

“Ərazidə abadlıq işləri aparılıb və abidə yenidən hazırlanıb. O, Mikayıl Müşfiqin şəxsiyyətinə, şairliyinə yaraşmayan abidə idi".

***

Qaradağ Rayon İcra Hakimiyyəti sözügedən məsələ ilə bağlı açıqlama yayıb. 

“Qafqazinfo”ya daxil olan açıqlamanı təqdim edirik:

“Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində təqribən 30 il bundan əvvəl beton pyedestal üzərində gipsdən qoyulmuş büst yararsız vəziyyətə düşdüyünə, müasir tələblərə cavab vermədiyinə, üz cizgilərinin şairin görünüşünü ifadə etmədiyinə görə onun əvəzinə yeni abidənin hazırlanıb qoyulması Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qərara alınıb.

Məlumat üçün bildiririk ki, hər dəfə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsində keçirdiyi səyyar görüşlərdə qəsəbə sakinləri müraciət edərək abidənin Mikayıl Müşfiqin adına layiq olmadığını və dəyişdirilməsini xahiş ediblər.

Abidənin yenisi ilə əvəz olunması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Mədəniyyət Nazirliyinə müraciət olunub və müsbət cavab alınıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin sifarişi ilə abidə hazırlanıb. Sentyabr ayının 30-da ağ mərmərdən yonulmuş müasir tələblərə cavab verən büst qırmızı mərmərlə üzlənmiş pyedestal üstünə qoyulub.

Eyni zamanda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən abidənin ətrafında genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılmaqdadır. Yararsız vəziyyətdə olan əvvəlki abidə isə götürülüb. Yaxın günlərdə yeni qoyulmuş abidənin açılış mərasimi keçiriləcək”.