“Kimsə dedi, qorxma, zəng çalır, həmin an bomba düşdü...” - Video

kimse-dedi-qorxma-zeng-calir-hemin-an-bomba-dusdu
Oxunma sayı: 547

İranın cənubundakı Hörmüzqan əyalətinin Minab şəhərindəki məktəbə edilən hücumdan sağ qalan bir qız yaşadığı dəhşətli anları ictimaiyyətlə bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, İran Qırmızı Aypara Cəmiyyəti tərəfindən yayımlanan görüntülərdə xəstəxanada müalicə alan azyaşlı qız hücum zamanı baş verənləri təsvir edib:

“Məktəbim tamamilə dağıdılmışdı. Elə bilirdim ki, yuxu görürəm. Hamı “Kömək edin, kömək edin!” deyə qışqırırdı”.

O bildirib ki, hadisə zamanı ətrafda çox sayda insan həyatını itirib:

“Hamısı ölmüşdü, yalnız bir nəfər sağ idi”.

Qızın sözlərinə görə, əvvəlcə vəziyyətin adi olduğunu düşünməyə çalışsa da, qısa müddət sonra ikinci partlayış baş verib:

“Kimsə mənə dedi: “Qorxma, tənəffüs zəngi çalır”. Elə həmin an sanki zəlzələ oldu. İkinci bomba düşdü. Həmin vaxt üstümə daşlar düşdü”.

O, dağıntılar arasında ağır mənzərələrlə qarşılaşdığını qeyd edib:

“Altı meyit gördüm. Onların əlləri, başları, ayaqları yox idi”.

Qeyd edək ki, hadisə fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlar zamanı baş verib. Minab şəhərində yerləşən Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbinə endirilən zərbə nəticəsində əksəriyyəti uşaqlar olmaqla, 185 nəfər həyatını itirib. İran rəsmiləri hücumu “bağışlanmaz müharibə cinayəti” adlandırıb.