Mingəçevirdə 37 yaşlı qadın qətlə yetirildi - Keçmiş əri saxlanıldı

mingecevirde-37-yasli-qadin-qetle-yetirildi
Oxunma sayı: 3224

Martın 10-da saat 17:30 radələrində Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. 

Əlavə məlumat veriləcək.

***

Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.