Mingəçevirdə avtomobillər toqquşdu - Yaralılar var-Yenilənib

mingecevirde-avtomobiller-toqqusdu
Oxunma sayı: 403

Mingəçevirdə iki minik avtomobili toqquşub, yaralılar var.

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi şəhər ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil “VAZ 2106” ilə toqquşub.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza zamanı “VAZ-2106”nın sürücüsü, Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü Əliyev Xalid Rövşən oğlu, sərnişlər 2003-cü il təvəllüdlü Şükürov Sahil və 2005-ci il təvəllüdlü Şükürov Sənan müxtəlif dərəcəli xəsarət alaraq şəhər xəstəxanasına çatdırılıblar.

Ziya Əmirxanlı