Mişel Obama ərinin vida yeməyində göz oxşadı - Fotolar

misel-obama-erinin-vida-yemeyinde-goz-oxsadi
Oxunma sayı: 9293

ABŞ prezidenti Barak Obama Ağ Evdə vida yeməyi təşkil edib.

Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, dövlət başçısı tədbirə xanımı Mişel Obama, İtaliya Baş naziri Matteo Rentsi və onun həyat yoldaşı Anyeze Landini ilə qatılıb.

Birinci ledi gecədə “Atelier Versace” brendindən geyindiyi, onun xüsusi sifarişi əsasında tikilən libasla göz oxşayıb.

İtaliya Baş nazirinin xanımı isə florensiyalı dizayner Ermanno Scervinonun hazırladığı libası geyinib.

Tədbirdə çıxış edən Barak Obama bildirib ki, prezidentliyinin son günlərində təşkil olunan rəsmi nahar onun üçün xüsusi gün sayılır: “Lakin hər şey yolundadır. Biz daha yaxşı şeyləri gələcəyə saxlamışıq”.

Gecədə amerikalı müğənni Qven Stefani çıxış edib. O, tədbirə sevgilisi Bleyk Şeltonla qatılıb.