Moldovada fövqəladə vəziyyət uzadıldı

moldovada-fovqelade-veziyyet-uzadildi
Oxunma sayı: 1359

Moldova parlamenti fövqəladə vəziyyətin dekabrın 1-dən daha 30 gün uzadılması barədə qərar qəbul edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, qətnamə hakim Fəaliyyət və Həmrəylik Partiyasının səsverməsi ilə qəbul edilib.

“Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət rejimi 2023-cü il dekabrın 1-dən 30 gün müddətinə uzadılacaq”, – Daxili İşlər Nazirliyinin rəhbəri Adrian Efrosun təqdim etdiyi qərarda deyilir.

Müxalif Kommunistlər və Sosialistlər Bloku fraksiyasının deputatları Moldovada fövqəladə vəziyyətin daha 30 gün uzadılmasına etiraz olaraq parlament zalını tərk ediblər.

Qeyd edək ki, Moldovada fövqəladə vəziyyət 2021-ci ilin sonundan qüvvədədir və ilkin olaraq qaz təchizatında mümkün fasilələr səbəbindən tətbiq edilib. Daha sonra müddətin uzadılmasına səbəb Ukraynadakı vəziyyət olub.