Moskvanın Xovanski qəbiristanlığında 150 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi dava düşüb.
“Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, davada iştirak edən ayrı-ayrı qrupların içində Cənub rayonlarından və Asiyadan gələnlər üstünlük təşkil edib.
Qəbiristanlığın işçilərinin sözlərinə görə, dava nəticəsinə azı 12 nəfər ölüb, 20-dən çox yaralı var.
İlkin ehtimala görə, vətəndaşlar arasında toqquşmaya səbəb sözügedən məkana basqın edilməsi olub.
***
Daxili İşlər Nazirliyinin baş idarəsinin mətbuat katibi Safiya Xotina bildirib ki, kütləvi davada azı 400 şəxs iştirak edib. Onun sözlərinə görə, yaranmış vəziyyəti stabilləşdirmək üçün əraziyə polislə yanaşı, OMON-çular da (Xüsusi xidmət orqanlarının nümayəndələri) cəlb olunublar.
***
İnterfax-ın yaydığı məlumata görə, davanın gedişində odlu silahlardan da istifadə olunub. Ölənlərin arasında polis əməkdaşının da olduğu deyilir.
***
İstintaq Komitəsi 2 nəfərin ölümünü təqdiqləyib.
***
Polis işçiləri hadisə ilə əlaqədar olaraq 50 şübhəli şəxsi saxlayıblar. Onların üzərində odlu silahlar aşkarlanıb.




Son xəbərlər
Son Xəbərlər