Mübariz Mənsimov ermənilərə od püskürdü - “Bu, terror və faşizmdir”

mubariz-mensimov-ermenilere-od-puskurdu
Oxunma sayı: 1162

Azərbaycanlı biznesmen Mübariz Mənsimov iyulun 4-də ermənilərin vəhşicəsinə qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyevadan danışıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mənsimov hadisəni terror və faşizm adlandırıb:

“İrqindən, dinindən və milliyətindən asılı olmayaraq heç kim bu hadisəyə sadəcə Azərbaycan xalqının problemi kimi baxmamalıdır. 2 yaşlı uşaq vəhşicəsinə qətlə yetirilib. Bu əməl cəzasız qalmamalıdır. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır. Belə tragediyalarınn qarşısı alınmalıdır. Mən Mübariz olaraq buna belə ad verə bilərəm: Terror və faşizm!”

Qeyd edək ki, Mənsimovun açıqlaması Türkiyə mətbuatında bir çox saytda dərc edilib. Həmçinin, Zəhranın qətlə yetirilməsi 2 gündür Türkiyə mediasında da geniş şəkildə yayımlanır.

Xatırladaq ki, 2 yaşlı Zəhra Quliyeva iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirib.