Müdafiə Nazirliyi əsgərin iddialarına cavab verdi

mudafie-nazirliyi-esgerin-iddialarina-cavab-verdi
Oxunma sayı: 14112

Müdafiə Nazirliyi hazırda hərbi xidmətdə olan Fərid İsmayılovun xidmət keçdiyi hərbi hissədəki çatışmazlıqlar barədə sosial şəbəkə hesabından etdiyi paylaşımdakı iddialarına münasibət bildirib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar:

Həmçinin oxuyun: Azərbaycanda vəfat edən şəxsə vergi borcu yazıldı

Direktoruna 168 min “atan” qarmon müəlliminə “iş kəsildi”

“Bildiririk ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri-adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.

Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik”.

Qeyd edək ki, F.İsmayılov paylaşımında xidmət etdiyi hərbi hissədə generator olmadığını, aylarla içməli su, qida problemi yaşadıqlarını bildirib.