Şou-biznes təmsilçilərinin heyvanlarını bəzilərimiz ekranlardan, bəzilərimiz isə təsadüfən onların yanında görmüşük. Sanki heyvan saxlamaq şou aləmində bir dəb kimidir. Onlar necə bir-birləri ilə rəqabət aparırlarsa, heyvanları da rəqabətə məcbur ediblər. Kim ki, daha bahalıdır və ya daha cəlb edicidir.
Biz də müğənnilərin heyvan sevgisini öyrənmək üçün onlar sorğu-suala tutduq.
“Qafqazinfo” məşhurlar arasında keçirdiyi “Kim heyvan saxlayır” sorğusunu sizə təqdim edir.
Xalq artisti Aygün Kazımova 7 ilə yaxındır ki, evində it saxlayır. Artıq dörd ildir pop divamızın “Prenssesa” adlı bir iti var. “Prensessa”nın qarderobu isə uzun müddət müzakirə mövzusu olmuşdu. Bundan qabaq A. Kazımovanın saxladığı it isə ölüb.
Röya Ayxan əvvələr evində pişik saxlayıb, hazırda isə iti var. Həmin it Röyaya oğlunun doğum günündə hədiyyə edilib.
Əməkdar artist Ədalət Şükürov da it saxlayır. Ə. Şükürovun ən böyük zövq aldığı əyləncələrdən biri, evə gələrkən, iti ilə vaxt keçirməsidir.
Tanınmış müğənni Nura Suri bildirib ki, o heyvanları çox sevir: “Heyvanları çox sevirəm, amma onların yeri ev deyil, təbiətdir”.
Məşhur prodüsser Tolikin iki iti var. Birinin adı Deni digərinin adi isə Cessidir. İki ildən çoxdur ki, Tolik bu heyvanları saxladığını deyib. Bundan başqa prodüsser iki tutuquşusunun da olduğunun söyləyib: “İki tutuquşum var, amma onlari özüm saxlamıram. Atamgilə vermişəm, onlar saxlayır”.
Rəqqasə Fatimə isə 15 ilə yaxındır ki, “Məstan” adlı bir pişik saxladığını deyir: “On beş ildir biz evdə pişik saxladıq, lakin sonradan o öldü. Daha sonra başqa bir pişik aldıq. Onu da bir il yarım saxladıq. Tükləri töküldüyünə görə tanışımıza hədiyyə etdim. Mən elə düşünürəm ki, əsl müsəlman ailəsi evində heyvan saxlamaz. Nə qədər olsa da, evdə antisanitariya şəraiti yaranır”.
Teleaparıcı və müğənni Ədalət Qəhrəmanov əvvəllər it saxladığını, iti öləndən sonra pişik aldığını deyib: “Əvvəllər itim vardı. İndi iki ilə yaxındır “Əjdaha” adlı bir pişiyim var. Onuda deyim ki, çox ağıllı pişikdir”.
Tanınmış müğənni Roza Zərgərli də it saxlayam məşurlarımızdadır: “Mənim 8 aylıq itim var. Adı “Laradır”, cinsi isə toyteryerdir”.
Müğənni Aslan Hüseynov da heyvan sevən məşhurlarımızdandır. İfaçı hətta uşaq olanda iti öləndə onun üçün ağladığını deyib: “Mən heyvanları çox sevirəm. Uşaqlıqda it, pişik saxlamışam. Sonralar bir neçə dəfə evə heyvan aldım, lakin gördüm ki, saxlamaq olmur. İt aldım. Evdə quran olduğu üçün dedilər ki, günahdır. Mən də daha saxlamadım. Daha sonra dovşan aldım. Uşaqlar isə onu bilmədən boğmuşdular”.
İfaçı Günel Ələkbərova bir neçə il bundan qabaq it saxlayıb. İti öləndən sonra isə çox pis olub: “ Mənim “Pudil” adlı bir itim vardı və o, öləndən sonra daha heyvan saxlamıram. Ona çox öyrəşmişdim. Onun ölməyi mənə pis təsir etdi. Ona görə də daha saxlamadım”.
Eurovision təmsilçimiz Safura Əlizadədə də it saxlayan məşhurlarımızdadır. Onun iti, hətta oxuyur da.
Aynur Babayeva
Son xəbərlər
Son Xəbərlər