Mühafizə Polisinin əməkdaşı ev soydu

muhafize-polisinin-emekdasi-ev-soydu
Oxunma sayı: 4291

Göygöl Rayon Polis Şöbəsinin Mühafizə Şöbəsində işləyən Abbasov Niyazi Murad oğlu oğurluqda ittiham olunur. Bu barədə Moderator.az saytına hadisədə zərərçəkən şəxslərin yaxınları məlumat verib. Onların sözlərinə görə, polis əməkdaşı Kəlbəcər köçkünü Mirzəli Muxtarovun Gəncənin Gülüstan qəsəbəsindəki mənzilinə girərək, 2000 manatı pul aparıb.

Hadisədə ən maraqlı məqam isə polis əməkdaşının oğurluq olayı zamanı çalışdığı polis şöbəsindən bir ədəd əl qumbarası götürməsi və onu Mirzəli Muxtarovun mənzilinə qoyması olub. Belə ki, qumbaranı mənzilə qoyan polis əməkdaşı anonim nömrədən polisə zəng edərək, mənzildə qanunsuz silah saxlanması barədə məlumat verib.

Mənzil sahibinin oğurlanan pulunun arxasınca düşməməsi və başının qumbara hadisəsinə qarışacağını düşünən polis əməkdaşının bu əməli ancaq ifşa olunub. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin araşdırmaları zamanı Niyazinin əməli üzə çıxıb və ifadəsində cinayətini etiraf edib.

Araşdırmalarımız davam edir.

Mühafizə Polisindən Qafqazinfoya zəng edərək bildiriblər ki, onların 5 minlik şəxsi heyəti arasında həmin adda adam yoxdur. Yəni oğurluqdas adı keçən şəxs Mühafizə Polisində işləmir.