Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” realiti-şousunun aparıcısı Murad Dadaşov efirə çıxmayıb. Onu teleaparıcılar Mətanət Əliverdiyeva, Nuran Hüseynov, Azər Zahid, Vüsalə Kərimova və Murad Əzimzadə əvəzləyib.
"Qafqazinfo" xəbər verir ki, şoumenin səhhəti barədə çoxlu versiyalar irəli sürülüb. Belə ki, canlı yayıma çıxan aparıcılara Muradın xəstələndiyini, bu səbəbdən efirə çıxmayacağını deyiblər.
Lakin Hacı Nuran “Maşın”da deyib ki, Dadaşov kiçik bir cərrahiyyə əməliyyatı keçirib. Hüseynovun dediyi ilə layihə əməkdaşların əvəzləyici aparıcılara söylədikləri ilə üst-üstə düşməyib.
Bundan əlavə, iddia olunur ki, əməkdar artist yıxılıb və ayağı sınıb. Teleaparıcının yaxınları isə onun qrip olduğunu, bu səbəbdən canlı yayımda iki saat ola bilməyəcəyini qeyd edib.
Bildirilir ki, bu gecə Murad Dadaşov efirə çıxıb baş verənlərə aydınlıq gətirəcək. Aparıcının canlı yayıma çıxmama səbəbi dəqiq açıqlanmasa da, bunun da peşəkar şoumenə məxsus kiçik bir şou olduğunu düşünənlər az deyil.
***
Dadaşov axşam.az-a danışaraq məsələyə aydınlıq gətirib. O bildirib ki, həqiqətən də əməliyyat olunub:
“İyunun 11-də efirə gedən verilişə diqqətlə baxsanız görərsiniz ki, mən yerimdən tərpənmirəm. Neçə gündür ayağımda ağrılar var. Ayaqqabılarımı tez-tez dəyişirəm. Elə düşündüm ki, onlar ayağımı incidir. Ən rahatlarını geyindim, amma yenə də ağrı keçmədi. Dünən səhər yuxudan oyandım ki, ayağım çox şişib.
Həkimə getdim. Baxdı ki, infeksiya düşüb, proses pisləşib, dərhal əməliyyat olunmalıyam. Xəstəxanaya getdiyimi eşidən Hacı Nuran da yanımda oldu. Bu insan bir dəqiqə məni tək buraxmadı”.



Son xəbərlər
Son Xəbərlər