Murad Musayevə yeni müqavilə təklif edilib

murad-musayeve-yeni-muqavile-teklif-edilib
Oxunma sayı: 1853

“Sabah” baş məşqçisi Murad Musayevə yeni müqavilə təklif edib.

“Qafqazinfo” Sport24.az-a istinadən xəbər verir ki, bunu rusiyalı mütəxəssisin özü deyib.

Musayev klub rəhbərliyinin ona yeni sözləşmə təklif etdiyini və hazırda bunun müzakirə edildiyini bildirib.

Qeyd edək ki, Murad Musayevin “Sabah”la hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. O, 2021-ci ilin oktyabırından paytaxt təmsilçisini çalışdırır.