Murat arvadını Bakıya gətirmək istədi, Demet etiraz etdi - Qalmaqal

murat-arvadini-bakiya-getirmek-istedi-demet-etiraz-etdi
Oxunma sayı: 7200

31 dekabrda Bakıda səhnəyə çıxmağa hazırlaşan Demet Akalın ilə Murat Dalkılıç arasında qalmaqal meydana gəlib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Olimpiya Stadionundakı konsertdən sonra Türkiyədə səhnəyə çıxacaq iki məşhur vaxt məhdudiyyəti səbəbindən özəl təyyarə kirayələmək qərarına gəliblər.

Lakin, Dalkılıç Bakıya həyat yoldaşı Merve Boluğur və ailəsini gətirmək istəyib. Onun bu addımı Demetin xoşuna gəlməyib, Muratla Bakıya gəlməkdən imtina edib.

Dalkılıç yeni bir təyyarə ayrılması üçün İstanbulda baş tutacaq konsertinin təşkilatçılarına müraciət edib, tələbi yerinə yetirilib.