Musa Yaqubla Ramiz Rövşən quda oldu - Fotolar

musa-yaqubla-ramiz-rovsen-quda-oldu
Oxunma sayı: 11869

Aprelin 15-də tanınmış şairlər - Musa Yaqubun nəvəsi Rüfətlə, Ramiz Rövşənin qardaşı qızı Günayın toy mərasimi olub.

"Qafqazinfo" axşam.az-a istinadən xəbər verir ki, məclis paytaxtda məşhur şadlıq saraylarının birində baş tutub.

Qeyd edək ki, R.Rövşənin Musa Yaqubla qohum olan qardaşı yazıçı-tərcüməçi Yaşar Əliyevdir.

Mərasimdə Azərbaycanın tanınmış elm, sənət və ədəbiyyat adamları iştirak ediblər.