Müşviq cəbhəylə bağlı paylaşım etdi - Şou-biznes qarışdı

musviq-cebheyle-bagli-paylasim-etdi
Oxunma sayı: 10074

“Bu şəhərdə”nin prodüseri Müşviq Abbasov sosial şəbəkədə qalmaqallı paylaşım edib. 

“Qafqazinfo”nun məlumatına görə, prodüser cəbhə bölgəsinə gedən incəsənət nümayəndələrini qınayıb:

“Bu günlərdə bizləri bir çox həmvətənlərimiz, igidlərimiz, qəhrəmanlarımız çox ruhlandırdı. Yüz faiz qələbələrə əmin və zamin etdi. Amma fürsətdən istifadə edərək bəzi gədə-güdələr, səviyyəsizlər (qeyd: müğənni, prodüser, jurnalist, siyasətçi, telekanal əməkdaşı və s.) özlərini reklam etməklə ikrah hissi oyatdı. Min şükür ki, kişilər “o” birilərdən çoxdur. Var ol Azərbaycan, var ol cənab Ali Baş Komandan, var ol cənab müdafiə naziri, var ol Azərbaycan zabiti və əsgəri”.

Abbasovun bu fikirlərinə teleaparıcı Saleh Bağırovda dəstək olub.

Məsələyə bir neçə gün əvvəl cəbhə bölgəsinə gedən prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə münasibət bildirib.

Prodüser bildirib ki, başqasının qarşısında təlxəklik etmir:

“Bunu Müşviq yazıbsa, məncə çox böyük səhv edib. Belə baxsan Müşviqdən çox əsgər yanına getmişik, onda çox yardımlar da etmişəm. Hələ bu günə qədər heç bir yardım kampaniyasında nə Müşviqi, nə də komandasını görmüşəm. Konsert verib, cibini doldurmaqla deyil, sən də belə yaxşı “kişisən”... Özün yazdığın kimi “o” dediklərin səndən yaxşı oldu getdi. Tərtər əsgərləri də onu səndən yaxşı qəbul etdi.

Ən əsas da bunu etdi. Yaxşı ki, bunların yanında eyib işimiz yoxdur, özləri evdə oturub kişilikdən dəm vururlar.  Edənləri də bəyənmirlər. Kişilikdən danışanlar, bəlkə əyninizə hərbi forma geyinib, könüllü gedəsiniz? Bir də yadıma düşdü: kişiliyimə şübhəsi olanlar, hələ bəziləri kimi başqasının qarşısında təlxəklik etmirəm”.

Müğənni Xatirə İslam da mövzu ilə bağlı açıqlama yayıb. İfaçı sosial şəbəkədə Müşviq Abbasovun ünvanına ismarıc yollayıb:

“Bu yazını gördüm və həyatı boyu inanmıram ki, bunu Müşviq yazıb. Başa düşmədim insanların şəhid evlərinə, yaralılara baş çəkməsi niyə Müşviqə pis təsir edib ki? Bəlkə bir az getməyə gecikib deyə, əsəbidir. Vallah, bilsəydim təklif edərdim birlikdə gedərdik. Ay Müşviq, sənət adamlarının oralara qədər gedib çıxması və bunun İnstaqrama verilməsi nə qədər oğullarımızda ruh yüksəkliyi yaratdı bilirsən? Bu paxıllığa son qoyun, bəsdirin. Bircə onu bilirəm ki, mən getdim və sonra bütün millət ayağa qalxdı. Bəli, kişilərimiz çoxdur, amma səni Tərtərdə görmədim.

Gördüm, sən getmirsən, mən getdim də, bunun nəyi pisdir? Müğənniləri, prodüserləri pisləmək sənə yaraşmaz. Əzizim, ssenarində bir dəfə müğənniləri parodiya etmə, onları ələ salıb xalqa güldürmə. Görüm onda zalı doldura bilirsən? Kişi nədir, qadın nədir? Bu nə cinsiyyət söhbətləridir edirsiniz? Yığışın gedin, yas mərasimlərində iştirak edin. Artıq-əskik danışmayın, düşməni güldürməyin. Sözlərim xoşuna gəlməsə, yığarsan daha ətraflı başa salaram”.