Aksiyaya başlamaq istəyən 15 nəfər polis tərəfindən saxlanılıb. Qafqazinfonun Fəvvarələr meydanında olan əməkdaşlarının məlumatına görə gənclər İstefa, Parlament şüarını səsləndiriblər. Bu zaman polislər onların qarşısını kəsib və avtobuslarla ərazidən uzaqlaşdırılıblar. Saxlanılanlar arasında AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da var.
***
“Qafqazinfo”nun şəhərin mərkəzində olan əməkdaşlarının məlumata görə aksiyanın təyin edildiyi Fəvvarələr Meydanına giriş polis tərəfindən tam bağlanıb. Həmin əraziyə heç kim buraxılmır. Polislər jurnalistlərin də əraziyə daxil olmasına imkan verməyib.
Meydana yaxın küçələrdə polislərlə dolu avtobuslar dayanıb.
***
Fəvvarələr Meydanının yaxınlığında AXCP üzvlərini saxlayıb. Onların arasında Təzəxan Mirələmli və Cahangir Orxan da var.
***
16.24
Aksiya başa çatıb.
Səidə İsmayılova
Günel Əbilova
Günel Türksoy
Gülnar Ədalətqızı
Son xəbərlər
Son Xəbərlər