“Napoli” 33 ildən sonra ilk dəfə İtaliya Futbol Çempionatının qalibi olub.
“Qafqazinfo” xəbər verir ki, A Seriyasının 33-cü turu çərçivəsində səfərdə “Udineze” ilə 1:1 hesablı heç-heçə edən qonaq komanda çempionluğu vaxtından əvvəl təmin edib.
Qonaqların heyətində Viktor Osimhen, meydan sahiblərinin qolunu isə Sendi Lovriç vurub.
Qeyd edək ki, “Napoli” 80 xalla turnir cədvəlinə başçılıq edir.
Komanda sonuncu dəfə 1989/1990 mövsümündə İtaliya çempionu olub.