NASA Ay missiyalarını təxirə saldı

nasa-ay-missiyalarini-texire-saldi
Oxunma sayı: 1413

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Artemida II və Artemida III Ay missiyalarının buraxılışını bir il gecikdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə rəhbərliyin saytında məlumat verilib.

NASA rəhbəri Bill Nelsonun sözlərinə görə, əsas səbəb Artemida II mərhələsində ekipajın təhlükəsizliyini təmin etmək istəyi olub. Onun sözlərinə görə, Artemida II-nin buraxılışı indi 2025-ci ilin sentyabrına, Artemida III isə 2026-cı ilin sentyabrına planlaşdırılır.