NATO bu ölkə ilə təlimlər keçirəcək

nato-bu-olke-ile-telimler-kecirecek
Oxunma sayı: 1580

Rumıniya NATO ölkələri ilə birgə hərbi təlim keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbi təlim aprelin 8-dən 21-ə kimi keçiriləcək. Təlimdə NATO-nun 12 ölkəsi iştirak edəcək.

“2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika (27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 texnika və üzmə vasitəsi) Qara dənizdə, onunla sahil zonasında, Dunay çayında və onun deltasında dənizdə və çayda qanunsuz fəaliyyətlə mübarizə, dəniz və çaylara nəzarət, dənizdə axtarış və xilasetmə, qəza vəziyyətində olan gəmilərə köməklik göstərilməsi və kritik infrastruktur səviyyəsində təhlükəsizliyin təmin edilməsi üzrə tapşırıqları yerinə yetirmək üzrə hazırlıq keçəcəklər”, - məlumatda bildirilib.