NATO Kiyevə silah tədarükünü koordinasiya etmək istəyir

nato-kiyeve-silah-tedarukunu-koordinasiya-etmek-isteyir
Oxunma sayı: 2094

NATO Kiyevə silah tədarükünün koordinasiyasını öz üzərinə götürmək istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” nəşri mənbələrə istinadən yazır.

Bildirilib ki, Ukraynaya yardım NATO proqramının bir hissəsi deyil, Kiyevlə razılaşmalar çərçivəsində təşkilata üzv olan suveren ölkələr tərəfindən həyata keçirilib. İndi Şimali Atlantika Alyansı Vaşinqtonda mümkün rəhbərlik dəyişikliyi ilə əlaqədar Ukraynaya silah tədarükünü tam şəkildə əlaqələndirmək istəyir.

Təşkilatın üzvləri arasında keçmiş dövlət başçısı Donald Trampın sentyabrda ölkə prezidenti postuna keçəcəyi təqdirdə ABŞ-nin Kiyevə silah tədarükünü davam etdirəcəyi ilə bağlı qeyri-müəyyənlik artır.