NATO-nun lider ölkəsi adlandırıldı

nato-nun-lider-olkesi-adlandirildi
Oxunma sayı: 3102

NATO-nun Baş katibi Mark Rutte Litvanı alyansın lideri adlandıraraq, onu blokun digər ölkələri üçün nümunə göstərib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə Litva Prezidenti Gitanas Nauseda ilə görüşündən sonra bildirib.

“Müdafiə xərcləri haqqında danışarkən Litva liderlər sırasındadır. Siz bunun üçün ÜDM-in 3 faizini ayırırsınız və yaxın gələcəkdə bu cür xərclər ÜDM-in 3,5 faizinə çatdırılacaq. Bu sizin NATO-nun kollektiv təhlükəsizliyinə sadiqliyinizi nümayiş etdirir”, - Rutte qeyd edib.

Rutte vurğulayıb ki, Vilnüs həm də NATO-nun hərbi sənayedə lideridir.