Naxçıvanda qadın körpüdən yıxılıb öldü

naxcivanda-qadin-korpuden-yixilib-oldu
Oxunma sayı: 1310

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” “Nuhçıxan”a isitnadən xəbər verir ki, rayonun Külüs kəndində qadın körpüdən yıxılaraq ölüb.

Hadisə aprelin 7-si axşam saatlarında qeydə alınıb. Belə ki, kənd sakini, 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı kənddə olan körpüdən çaya düşüb. Onun meyiti dünən gecə saatlarında kənd sakinləri tərəfindən çaydan tapılıb.

Faktla bağlı araşdırma aparılır.