Nazir gəlini İstanbulda işə başladı - “Sevgili həyat yoldaşım...” Video

nazir-gelini-istanbulda-ise-basladi-
Oxunma sayı: 11676

“Eurovision -2010” iştirakçımız Safurə Əliyeva İstabulda sərgi açıb. Bu barədə ifaçı 1news.az-a müsahibəsində danışıb. 

“Qafqazinfo” müsahibənin diqqət çəkən hissələrini oxucular üçün tərcümə ilə təqdim edir:

2013-cü ildə sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra səhnədən uzaqlaşan müğənni İstanbulda adının baş hərfinə uyğun olaraq “S” adlı rəssamlıq qalereyası açıb.

S. Əliyeva musiqidən rəssamlığa keçiddə həyat yoldaşının böyük əməyi olduğunu bildirib:

“Əgər musiqi yoxdursa, həyatınızda nə ola bilər?” sualına həmişə düşünmədən “Əlbəttə ki, rəssamlıq” cavabını vermişəm. Uşaqlıqdan şəkillər çəkirəm. Hazırda isə bu sahəyə yenidən qayıtmağımda sevgili həyat yoldaşımın böyük rolu olub.

İlk rəsm əsərimi də həyat yoldaşıma ad günündə hədiyyə etmişəm. O vaxt hələ evli deyildik. Fərhadla tanış olduğumuz şəhəri – Bodrumu şəkildə təsvir etmişdim. Onun da bu hədiyyədən çox xoşu gəlmişdi.

Mənim rəsm çəkməyi uşaqlıqdan sevdiyimi bildiyi üçün bir dəfə “Niyə də yenidən sınamayasan?” - dedi. Mən də onun sözlərinə qulaq asaraq yenidən rəssamlığa başladım”, - deyə o söyləyib.


Müğənni rəssamlıq qalereyasını da məhz həyat yoldaşının səyi nəticəsində açdığını vurğulayıb:

“Çoxlu şəkillər çəkdiyim üçün onları qoymağa yer tapmırdım. Bir gün yoldaşımdan “Belə böyük şəkilləri hara qoyum?” -deyə soruşdum. O da mənə qalereya açmağı təklif etdi”.

Qeyd edək ki, cütlüyün İsgəndər adlı bir oğlu var.