Nazir müavini Füzulidə məktəblərə səfər etdi - Fotolar

nazir-muavini-fuzulide-mekteblere-sefer-etdi
Oxunma sayı: 1782

Elm və təhsil nazirinin müavini İdris İsayev martın 29-da Füzuli rayonuna səfəri çərçivəsində Böyük Bəhmənli kənd 1 nömrəli tam orta məktəbdə olub. 

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, məktəbdəki mövcud şərait, eləcə də peşə təmayüllü siniflərin fəaliyyəti ilə tanış olan İdris İsayev pedaqoji kollektiv və şagirdlərlə görüşərək fikir mübadiləsi aparıb.

Nazir müavini Füzuli rayonu Əhmədbəyli kənd körpələr evi – uşaq bağçasının yeni bərpa olunmuş binasına baxış keçirib, kollektivlə görüşüb. 

Səfərin sonunda İ. İsayev Füzuli rayonu Așağı Alıxanlı kənd tam orta məktəbinin tikilməkdə olan yeni binasının tamamlanma işləri ilə də tanış olub.