Nazir müavini Məmməd İsmayılı ziyarət edib

nazir-muavini-memmed-ismayili-ziyaret-edib
Oxunma sayı: 5043

Mədəniyyət nazirinin müavini Murad Hüseynov tanınmış şair, publisist Məmməd İsmayılın səhhətində yaranmış problemlərlə əlaqədar onu ziyarət edib.

Bu barədə “Qafqazinfo”ya qurumun Mətbuat xidmətindən məlumat verilib.  

“Mədəniyyət Nazirliyi Məmməd İsmayılın səhhəti ilə yaxından maraqlanır və bunu diqqət mərkəzində saxlayır. Şairin müalicəsinə zəruri dəstəyin göstərilməsi üçün müvafiq qurumlara müraciət ediləcək”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, ötən gün ustad şair Məmməd İsmayılın vəziyyəti pisləşib. Diqqətə çatdırılıb ki, şairin səhhətində problemlər yaranıb, ona kömək lazımdır.