Nazir polkovniki işdən çıxardı, rütbəsi aşağı salındı

nazir-polkovniki-isden-cixardi-rutbesi-asagi-salindi
Oxunma sayı: 9658

Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad olunub, nazir Zakir Həsənovun əmrilə rütbəsi aşağı salınıb və barəsində cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “AzPolitika.info”ya məlumat hərbi mənbələrdən daxil olub. Polkovnik Yaqub Əhədov Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin martın 3-də Bakıya reallaşan qəfil səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb.

Polkovnik Y.Əhədovun işindən uzaqlaşdırıldığını, rütbəsinin aşağı salındığını və işinin Hərbi Prokurorluqda araşdırıldığını digər mənbələr də təsdiq ediblər.