Nazir rəislərin yerini dəyişdi

nazir-reislerin-yerini-deyisdi
Oxunma sayı: 10129

Daxili işlər orqanlarında yeni təyinat olub. 

“Qafqazinfo” APA-ya istinadən bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubovmüvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisiEtibar Balakişiyev tutduğu vəzifədən azad edilərək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib.