Nazirə yeni müşavir təyin edildi - Foto

nazire-yeni-musavir-teyin-edildi
Oxunma sayı: 7678

Ədliyyə nazirinə yeni müşavir təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Seyfəlpaşa Əliyev nazirin müşaviri vəzifəsinə təyinat alıb. 

S.Əliyev 2016-2020-ci illərdə Məhkəmə Hüquq Şurasının Aparatında, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunda müxtəlif vəzifələrdə, 2020-ci ildən indiki təyinatadək isə həmin sektorun müdiri vəzifəsində çalışıb.