“Nə etdiyimi xatırlamıram” - Hakimi vuran klub prezidenti

ne-etdiyimi-xatirlamiram
Oxunma sayı: 3032

Türkiyə Superliqasının 15-ci turunun “Rizəspor”la ev matçından sonra baş hakim Halil Umut Meleri vuran “Ankaragücü”nün prezidenti Faruk Koca açıqlama verib. 

“Qafqazinfo”nun məlumatına görə, 59 yaşlı funksioner məsələ ilə bağlı “Beyaz TV”yə danışıb.

O, əsəblərini cilovlaya bilmədiyini söyləyib: “Gözüm qaraldı. Nə etdiyimi xatırlamıram”.

Oyundan sonra Faruk Koca infarkt keçirmək ehtimalı nəzərə alınaraq xəstəxanaya yerləşdirilib.