Neft qiymətləri yenə “oynayır”

neft-qiymetleri-yene-oynayir
Oxunma sayı: 5646

Dünya bazarında neftin qiyməti cüzi də olsa ucuzlaşıb.

“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiymətində 0,47% ucuzlaşma qeydə alınıb. Hazırda bu markalı neft 40,65 dollardan təklif edilir.

WTI markalı neftin qiymətində də azalma var. Belə ki, 0,69% ucuzlaşma ilə WTI-nin bir barrelinin qiyməti 37,64 dollarda qərarlaşıb.