“Neftçala” futbolçuları medallardan imtina etdi - Məsələyə PFL prezidenti qarışdı

neftcala-futbolculari-medallardan-imtina-etdi
Oxunma sayı: 2152

Azərbaycan 1 divizionunda baş tutan “Neftçala” – “Energetik” matçından sonra gərgin anlar yaşanıb.

Qafqazinfonun” məlumatına görə, hələ ötən tur çempionluğu təmin edən “Neftçala” klubu qarşılaşmadan sonra mükafatlandırma mərasiminə qatılmalı idi.

Lakin, çempion komandanın oyunçuları əvvəlcə bundan imtina ediblər. Onlar medalları almaq istəməyiblər. Səbəb isə birinci divizion çempionu kimi növbəti mövsüm Topaz Premyer Liqasına qatılmamaq təhlükəsi ilə üzləşə biləcəkləri olub.

Amma Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək belə narahatçılığa əsas olmadığını dilə gətirib. O bildirib ki, hələ bu məsələyə qarşıdakı günlərdə aydınlıq gələcək. Bundan sonra isə futbolçular öz medallarını almaq üçün kürsüyə qalxıblar.