Neftçalada 3 yaşlı uşağı “tok” vurub öldürdü

neftcalada-3-yasli-usagi-tok-vurub-oldurdu
Oxunma sayı: 2965

Neftçala rayonunda azyaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində qeydə alınıb.

2015-ci il təvəllüdlü Qənbərov Ziya Zəfər oğlu əli ilə divardan asılı qalan elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.