Neftimizin qiyməti 84 dollara düşdü

neftimizin-qiymeti-84-dollara-dusdu
Oxunma sayı: 739

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.59 ABŞ dolları və ya 1.86% azalaraq 84.07 ABŞ dollarına enib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.