Neftin qiyməti 40 dolları ötdü

neftin-qiymeti-40-dollari-otdu-
Oxunma sayı: 4677

Dünya bazarında neftin qiyməti 40 dolları ötüb.

“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, bu qiymət ötən ilin dekabrından bəri ən yüksək qiymət sayılır.

Brent markalı neftin bir barrelinin qiymətində 3,62% bahalaşma qeydə alınıb. Hazırda bu markalı neft 40,12 dollardan təklif edilir.

WTI markalı neftin qiymətində də artım var. Belə ki, 3,70% bahalaşma ilə WTI-nin bir barrelinin qiyməti 37,25 dollarda qərarlaşıb.

Xatırladaq ki, bu səhər Brent markalı neft 39,44, WTI isə 36,60 dollardan satılırdı.