Neftin son qiymətləri

neftin-son-qiymetleri
Oxunma sayı: 4656

Dünya bazarında neft qiymətləri yenə “oynayır”.

“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiymətində 2,85% bahalaşma qeydə alınıb. Hazırda bu markalı neft 40,78 dollardan təklif edilir.

WTI markalı neftin qiymətində də artım var. Belə ki, 3,59% bahalaşma ilə WTI-nin bir barrelinin qiyməti 37,81 dollarda qərarlaşıb.

Xatırladaq ki, bu səhər Brent 40,19, WTI isə 36,96 dollardan satılırdı.