Nərimanovda 1 saat işıq olmayacaq

nerimanovda-1-saat-isiq-olmayacaq
Oxunma sayı: 1720

Nərimanov rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Qafqazinfo”ya “Azərişıq” ASC-dən bildirilib.

Qeyd olunub ki, iyulun 17-də Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq 227 nömrəli yarımstansiyasında təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 20:00-dan 21:00-dək Nərimanov rayonunun bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.  

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.