Nərimanovda binanın fasadı uçub yerə töküldü - Video

nerimanovda-binanin-fasadi-ucub-yere-tokuldu
Oxunma sayı: 1581

Güclü külək Bakının müxtəlif yerlərində fəsadlar törətməkdədir.

“Qafqazinfo” xəbər verir ki, külək səbəbindən Nərimanov rayonundakı çoxmərtəbəli binalardan birinin fasadı uçub.

Belə ki, Ağa Nemətulla və Təbriz küçələrinin kəsişməsindəki binanın bir neçə mərtəbəsinin üzlük hissəsi küləyin təsiri ilə qoparaq həyətə və yola düşüb.

Hadisə anının görüntülərini təqdim edirik: