Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirildi - Fotolar

nesimi-rayonunda-heyder-eliyev-ili-cercivesinde-tedbir-kecirildi
Oxunma sayı: 782

Nəsimi rayonunda yerləşən “Niaqara” şadlıq sarayında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə dövlət himni səsləndirilidikdən sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrun canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsində güclü diaspor təşkilatının formalaşdırılmasına və onların Azərbaycan dövləti ətrafında daha sıx birləşməsinin vacibliyinə diqqəti cəlb edərək 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında dediyi: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!!!",- dahiyana fikirləri hər gün daha çox önəm daşıyır”.

Çıxışına davam edən Asif Əsgərov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu və şəhid olan övladların ruhları şaddır.

Sonra “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə fəal iştiraklarına görə bir qrup şəxslər mükafatlandırıldı.

Tədbir bayram konserti ilə davam edib.